Bakıda qətlə yetirilmiş şəxs məhbus olub

Bakıda qətlə yetirilmiş şəxs məhbus olub

14 Avqust 2013 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 10-da Bakı şəhərinin Sabunçu rayonu ərazisində qətlə yetirilmiş kişinin şəxsiyyəti müəyyənləşib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsindəki "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında çənə sümüyünün sınığı, qabırğa nahiyəsində 2 bıçaq xəsarəti olan meyitin 1975-ci il təvəllüdlü İsmayılov Nazim Həsən oğluna məxsus olması müəyyən edilib.Məlum olub ki, N.İsmayılov 8 il müddətində həbsdə olub. Məhkəmənin qərarı ilə onun cəzası bir müddət əvvəl inzibati həbslə əvəzlənib.Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

O.M.