Qadın yıxıldığını desə də, sən demə, əri tərəfindən bıçaqlanıb

Qadın yıxıldığını desə də, sən demə, əri tərəfindən bıçaqlanıb

13 Avqust 2013 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda həyat yoldaşı tərəfindən bıçaqlanan şəxs polisə yalan məlumat verib.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkirdə Günay Məmmədova evində qarın nahiyəsindən kəsilmiş deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. İlkin araşdırma zamanı G.Məmmədova yıxılması nəticəsində xəsarət almasını bildirsə də, dediklərinin həqiqət olmadığı üzə çıxıb.Məlum olub ki, G.Məmmədova bıçaq xəsarətlərini əri Ramin Məmmədovla aralarında baş verən münaqişə nəticəsində alıb. R.Məmmədov tutulub.

O.M.