Bakıda mənzillərdən oğurluq edən şəxs tutulub

Bakıda mənzillərdən oğurluq edən şəxs tutulub

10 Avqust 2013 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda mənzillərdən oğurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Apa-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini Polad Pulatov avqustun 8-də tutulub. Məlum olub ki, o, aprelin 14-də Albalılıq qəsəbəsi Abşeron küçəsində yaşayan Arif Aslanovun, iyulun 8-də Buzovna qəsəbəsi B.Salahov küçəsində yaşayan Fərhad Əhmədovun, iyulun 21-nə keçən gecə M.Ə.Sabir küçəsində yaşayan Azər Rəsulovun, iyulun 22-də Neftçilər küçəsində yaşayan Səbuhi Məmmədovun, iyulun 27-də Albalılıq massivi Ə.Vahid küçəsində yaşayan Çingiz Seyidovun, iyulun 30-da Koroğlu küçəsində yaşayan Hafiz Hüseynovun və avqustun 1-dən 7-dək olan müddətdə Ordubadi küçəsində yaşayan Aydın Yaqubovun evlərindən pul, qızıl-zinət və digər əşyaları oğurlayıb. P. Pulatov bundan başqa, iyulun 20-dən avqustun 7-dək olan müddətdə Ə.Şərqi küçəsində yaşayan Elbrus Kərimovun, avqustun 1-nə keçən gecə Əfəndiyev küçəsində yaşayan Faiz Hüseynovun, avqustun 1-dən 7-dək olan müddətdə A.Nemətulla küçəsində yaşayan Dəyanət Ağayevin, avqustun 6-na keçən kecə Abşeron küçəsində yaşayan Səttar Məmmədovun və avqustun 7-nə keçən gecə N. Məlikova küçəsində yaşayan Nahid Atakişiyevin evlərindən oğurluğa cəhd edib.

O.M.