Azərbaycanın sabiq naziri həbs olundu

Azərbaycanın sabiq naziri həbs olundu

8 Avqust 2013 22:38
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev həbs olunub.Bu barədə məlumat verən mənbə virtualaz.org-a açıqlamasında deyib ki, Nicat Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən elə öz bağ evində tutulub.Məlumatlarda o da deyilir ki, MTN əməkdaşları sabiq nazirin bağ evindən xeyli sayda silah-sursat da aşkarlayıb.Yada salaq ki, Nicat Quliyev 2005-ci il, oktyabrın 19-da da həbs edilmişdi. O zaman sabiq nazirə qarşı dövlət çevrilişinə cəhddə iştirak etmək maddəsi ilə ittiham irəli sürülmüşdü. Sonradan onun haqqındakı həbs-qətimkan tədbiri dəyişdirilmişdi.

O.M.