“RAHAT” marketdən oğurluq edən dəstə yaxalanıb

“RAHAT” marketdən oğurluq edən dəstə yaxalanıb

8 Avqust 2013 19:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün "RAHAT" marketlər şəbəkəsinin C.Səlimov ünvanında yerləşən marketində çoxdandır axtarışda olan mütəşəkkil dəstə yaxalanıb.Oxumeni.az xəbər verir ki, bir müddət əvvəl, daha dəqiqliklə iyul ayının 10-da saat 15:00 radələrində bir qrup cinayətkar "RAHAT" marketlər şəbəkəsinin Nərimanov rayon ərazisində yerləşən filialına daxil olub, kassiri aldadaraq 140 manat pul oğurlayıblar. Bundan sonra oğurluq etmiş şəxslərin fotoşəkilləri və videogörüntüləri digər marketlərə göndərilib. Bu öz nəticəsini verib. Belə ki, bu gün elə həmin şəxslər "RAHAT" marketin Nəsimi rayonu, C.Səlimov ünvanında yerləşən filialında peyda olub və marketin əməkdaşları tərəfindən saxlanılıb. Cinayətkarlar yaxalandıqdan sonra marketin əməkdaşlarına böyük miqdarda rüşvət təklif ediblər ki, onları polisə təhvil verməsinlər. Lakin marketin əməkdaşları bu təklifi rədd edərək, 20-ci polis bölməsinə məlumat veriblər.Dələduzluq edilmiş şəxslər polis tərəfindən həbs ediliblər. Bu zaman onların üzərlərindən soyuq silah və xeyli miqdarda pul aşkarlanıb. Fakt barədə Nəsimi rayon Polis şöbəsinin 20-ci bölməsinə təhqiqat işi aparılır.Cinayəti törətmiş şəxslərin fotolarını təqdim edirik.

O.M.