Azərbaycanda qan donduran cinayət: 8 ay gecikmiş etiraf

Azərbaycanda qan donduran cinayət: 8 ay gecikmiş etiraf

7 Avqust 2013 17:42
Bəyəndim (0) Bəyənmədim (0)
2012-ci ilin dekabr ayından itkin düşən Lənkəran rayon sakini Əfsanə Cavadova Bakı şəhərində tapılıb. Onun izahatı nəticəsində atası İsrafil Cavadov tutulub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2012-ci ilin dekabr ayının 26-dan itkin düşən Lənkəran rayonunun Sərinbulaq kənd sakini 18 yaşlı Əfsanə Cavadova cari il avqust ayının 5-də Səbail RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb.

Əfsanə Cavadova izahatında atası İsrafil Cavadovun 2011-ci ilin iyun ayında Sərinbulaq kəndinin ərazisindəki pay torpaq sahəsində qızı Rəqsanəni qətlə yetirməsini, onu da öldürəcəyindən qorxduğundan evdən qaçmasını bildirib.
Baş Cinayət-Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsi və Lənkəran Şəhər Rayon Polis Şəhər əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İsrafil Cavadov tutulub, Rəqsanənin meyiti qeyd edilən ərazidən eksqumasiya edilib.Faktla əlaqədar Lənkəran rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

O.M.