Ukrayna Prokurorluğu: "Bir tədbir görün"

Ukrayna Prokurorluğu: "Bir tədbir görün"

7 Avqust 2013 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Qanunsuz orqan köçürülməsində günahlandırılan mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmaqda təqsirləndirilən Elşad Abdullayev barəsində tədbir görülməsi istənilir. Oxumeni.az Apa-ya istinadən xəbər verir ki, Ukrayna Prokurorluğu Elşad Abdullayevlə bağlı Azərbaycan Baş Prokurorluğuna qərardad göndərib.

İnsan orqan və ya toxumalarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukrayna Prokurorluğunda başlanmış cinayət işi üzrə Kiyev şəhəri Obolon Rayon Məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən 2009-2010-cu illər ərzində mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla ayrı-ayrı tibb müəssisələrində, o cümlədən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzində qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılması müəyyən edilib.

Məhkəmə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə həmin mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmaqla, həmin qərardad barələrində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsi məqsədilə Ukrayna Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

O.M.