Akademikin evindən 60 min dollar oğurlayan qadın tutulub

Akademikin evindən 60 min dollar oğurlayan qadın tutulub

6 Avqust 2013 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Bakıda akademikin evindən külli miqdarda pul oğurlayan şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Apa-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Nərmin Abbasova saxlanıb.Qeyd edək ki, ötən gün Yasamal rayonun Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllə, ev 14, mənzil 5 ünvanında yaşayan Qacar Çingiz Oveys oğlu 26-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, avqustun 4-ü saat 13.30 radələrində ona məxsus mənzildən içərisində 60 min ABŞ dolları və gümüş çəngə-bıçaq olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.

Qacar Çingiz Oveys oğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun direktorudur.

O.M.