25 yaşlı qız 17 yaşlı bacısını bıçaqladı

25 yaşlı qız 17 yaşlı bacısını bıçaqladı

5 Avqust 2013 11:45
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Suraxanı rayonunda yaşanıb

Bakının Suraxanı rayonu ərazisində 17 yaşlı qız bıçaqlanıb.

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsində 17 yaşlı Aybəniz Abdullayeva bıçaq xəsarəti ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Məlum olub ki, onu 25 yaşlı bacısı Aynur bıçaqlayıb. Bir evdə yaşayan bacıların mübahisəsi yaranıb. Və Aynur mətbəx bıçağı ilə bacısına ölümcül zərbələr vurub.

O.M.