Oğrular evdən içərisində 60 min dollar olan seyf aparıblar

Oğrular evdən içərisində 60 min dollar olan seyf aparıblar

5 Avqust 2013 09:39
617
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Yasamal rayonunda yaşanıb

akıda içərisində külli miqdarda pul olan seyf oğurlanıb.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllə, ev 14, mənzil 5 ünvanında yaşayan Qacar Çingiz Qveys oğlu 26-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, avqustun 4-ü saat 13.30 radələrində ona məxsus mənzildən içərisində 60 min ABŞ dolları və gümüş bıçaq və çəngəl olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.Hazırda əməliyyat axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Qacar Çingiz Oveys oğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun direktorudur.

O.M.