Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb

3 Avqust 2013 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 3-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunda kütləvi dava olub. 30-cu Polis Bölməsindən "lent.az"-a verilən məlumata görə, Hövsan qəsəbəsi, Südçülük savxozu ərazisində bir qrup gənc arasında yaranmış mübahisə münaqişəyə çevrilib. Dava zamanı 2 nəfər bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.Hazırda hadisə ilə bağlı zəruri əməliyyat-axtarış tədbirləri aparılır.

O.M.