Arif Sumqayıtski Azərbaycana deportasiya olundu

Arif Sumqayıtski Azərbaycana deportasiya olundu

3 Avqust 2013 12:18
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 1-də Krımdakı "Oazis" mehmanxanasında azərbaycanlı "qanuni oğru" Arif Mehdiyev tutulub.Oxumeni.az Müsavat.com-a istinadən xəbər verir ki, Rusiyanın kriminal aləmdə "Arif Sumqayıtski" kimi tanınan "qanuni oğru" bir neçə dəfə həbsdə olub. O, bu ilin yanvarında qətlə yetirilən Aslan Usoyanın("Ded Xasan") klanına daxil idi. Ukrayna hüquq-mühafizə orqanları "qanuni oğru" ya qarşı ittiham irəli sürməyiblər. Onun Ukraynada qalmasını məqsədəuyğun saymayaraq "Simferopol-İstanbul" reysi ilə Türkiyəyə deportasiya ediblər. Maraqlıdır ki, ötən ilin avqustunda da "qanuni oğru" Rusiyadan deportasiya edilib.Bildirilir ki, köhnə fikirli "vorlardan" və ömrünün 25 ilini həbsdə keçirmiş Arif digər azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski (Rövşən Caniyevlə) düşmən münasibətlərdədir.

O.M.