Azərbaycanlı “qanuni oğru” “Oazis”də tutuldu

Azərbaycanlı “qanuni oğru” “Oazis”də tutuldu

3 Avqust 2013 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 1-də Krımdakı "Oazis" mehmanxanasında azərbaycanlı "qanuni oğru" Arif Mehdiyev tutulub.

Müsavat. com-un Rusiya mənbələrinə istindən verdiyi məlumata görə, Rusiyanın kriminal aləmdə "Arif Sumqatıtski" kimi tanınan "qanuni oğru" bir neçə dəfə həbsdə olub. O, bu ilin yanvarında qətlə yetirilən Aslan Usoyanın("Ded Xasan") klanına daxil idi. Ukrayna hüquq-mühafizə orqanları "qanuni oğru" ya qarşı ittiham irəli sürməyiblər. Onun Ukraynada qalmasını məqsədəuyğun saymayaraq "Simferopol-İstanbul" reysi ilə Türkiyəyə deportasiya ediblər. Maraqlıdır ki, ötən ilin avqustunda da "qanuni oğru" Rusiyadan deportasiya edilib.

O.M.