Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verib

Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verib

2 Avqust 2013 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Apa-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 48 yaşlı Rami Doğan Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2-ci (vergidən yayınma - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.Qeyd edək ki, Rami Doğan Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

O.M.