Qadın ətindən piroq

Qadın ətindən piroq

1 Avqust 2013 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyanın şimal-şərqində yerləşən Qaranhuns şəhərində insan əti yeyən qruplaşma aşkarlanıb. Braziliya polisi bir qadının itkin düşməsi ilə bağlı apardığı araşdırma zamanı karate müəllimi Xorxe Beltrao Neqromontenin arvadı və sevgilisi ilə birlikdə günahsız qadınları öldürərək, ətlərindən piroq bişirdiklərini üzə çıxarıb. Bişirdikləri piroqları yaşadıqları qəsəbədə başqalarına da satan adamyeyənlər məhkəmə zamanı günahlarını etiraf ediblər. Qatillərin evində tapılan bir kitabda cinayətlərini necə törətdiklərinə dair detallar yazılıb.

O.M.