Yol polisi qəzada dünyasını dəyişib

Yol polisi qəzada dünyasını dəyişib

9 May 2011 19:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xətai rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 14.30 radələrində Nobel prospekti 72 ünvanında qeydə alınıb. Natiq Abbasovun idarə etdiyi "Mercedes" markalı avtomobil digər avtomobillə toqquşub. Zərbənin təsirindən ağır xəsarət alan sürücü elə hadisə yerində keçinib. Digər avtomobilin sürücüsü isə xəsarət almayıb. Qəza yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri onun üstündən hüquq mühafizə orqanında işləməsini təsdiq edən vəsiqə tapıblar. Rayon Polis İdarəsinin əməkdaşları qəza yerində araşdırmalara başlayıblar.


Bir yerə gecikirsənsə, tələsmə. Sən onlara lazımsansa, mütləq gözləyəcəklər. Yox, əgər lazım deyilsənsə, heç onlar da sənə lazım olmamalıdır...

Könül Aypara

O.M.