Bakıda “mavi” bıçaqlanıb

Bakıda “mavi” bıçaqlanıb

9 May 2011 18:56
Bəyəndim (0) Bəyənmədim (0)
İnternetlə tanış olduğu "qızı" bıçaqladı

Heydər Əliyev küçəsində yaşayan 42 yaşlı Hüseyn Təhməzov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Aparılan tədbirlər nəticəsində Hüseynə bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 30 yaşlı Rinat Raxmatulin tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar zamanı məlum olub ki, Rinat Raxmatulinin bıçağa əl atmasına səbəb Təhməz Hüseynovun cinsi oriyentasiyası ilə bağlı yalan məlumat verməsi olub. Sən demə, bir neçə gün əvvəl R.Raxmatulin internet vasitəsilə bir qızla tanış olub. Söhbət əsnasında qıza cinsi əlaqədə olmağı təklif edib. Qız da 50 manatla razılaşıb. Rinat qızdan ünvanını öyrənib. Yataqda Rinat gördüyü səhnədən dəhşətə gəlib. Qız bildiyi şəxs sən demə, "mavi" imiş! Rinat əsəbiləşdiyindən "qiz"la - yəni Hüseynlə mübahisəyə başlayıb. Nəticədə Rinat bıçaqla ona xəsarət yetirib.


Az qala "qəhrəmanımızın" mavi dünyası qara rəngə boyanacaqdı...

Könül Aypara

O.M.