"Kurtlar vadisi"nin aktyoru tutuldu

"Kurtlar vadisi"nin aktyoru tutuldu

9 May 2011 18:23
Bəyəndim (0) Bəyənmədim (0)
O, azyaşlını zorlamaqda günahlandırılır

Bəzi tv proyektlərdə - xüsusilə də "Kurtlar vadisi"ndə rol alan 36 yaşlı aktyor oğlan uşağı ilə zorakı cinsi əlaqədə olduğu üçün həbs edildi. İddiaya görə, aktyor təxminən iki həftə əvvəl dərsə gedən 15 yaşlı oğlan N.K-nı (ad anonim saxlanılır) aldadıb, yaxınlıqdakı məscidin tualetinə apararaq, cinsi təcavüzə məruz qoyub. Hadisəni böyük qardaşlarına danışan zərərçəkmiş həmin gün cib telefonu nömrəsini götürdüyü F.B.-ya qardaşlarının istəyi ilə zəng edərək, ona görüş yeri təyin edib. N.K. ilə yenidən əlaqədə olmaq düşüncəsi ilə təyin olunmuş yerə gələn F.B. qarşısında uşağın böyük qardaşlarını görüncə, üzərində gəzdirdiyi bıçağı çıxararaq qaçıb. Lakin gəncin və ailəsinin vəziyyəti polisə bildirməsindən sonra F.B. tutularaq, nəzarət altına alınıb. Dünən məhkəmə qarşısında görünən aktyor həbs olunaraq, həbsxanaya göndərilib.


Qurd canavar deməkdir. Ancaq onun bir mənası da soxulcandır. Filmdə canavar olan aktyor, sən demə, həyatda soxulcan imiş...

Günel Həbib

O.M.