Ağdaşda qətl törətmiş şəxs tutulub

Ağdaşda qətl törətmiş şəxs tutulub

9 May 2011 14:20
Bəyəndim (0) Bəyənmədim (0)


Mayın 8-də saat 13.00 radələrində Ağdaş şəhərində yaşayan Firuzə Səmədovanın baş nahiyəsindən küt alətlə vurularaq qətlə yetirilmiş meyiti tapılmışdır. Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Qaradağlı kənd sakini, əvvəllər məhkum olunmuş Pərviz Əsədov tutulmuşdur. Hadisə ilə əlaqədar F.Səmədovanın qızı Aygün Hacıyevanın yaşadığı evə baxış zamanı evin zirzəmisindən 1 ədəd "AKS" markalı avtomat silahı, 1 ədəd güllə darağı, 43 ədəd avtomat patronu və 1 ədəd ov tüfəngi aşkar edilərək götürülmüşdür.



Tofiq Əliyev


O.M.