Qubada qətl hadisəsi baş verib

Qubada qətl hadisəsi baş verib

7 May 2011 18:55
Bəyəndim (0) Bəyənmədim (0)
Arvadını öldürdükdən sonra özünə qəsd etdi


Quba rayonunun 1-ci Nügədi kənd sakini 1967-ci il təvəllüdlü Xalidov Bəxtiyar F. oğlu ayrı yaşadığı həyat yoldaşı 1975-ci il təvəllüdlü Xalidova Ceyran Vəzir qızına üç bıçaq zərbəsi endirib. Daha sonra Bəxtiyar yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq öldürmək istəsə də, evdə olan qohumları buna imkan verməyiblər. Yaralıların hər ikisi Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda hər iki xəstənin vəziyyəti ağırdır. Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Məhəbbət ən saf duyğudur. Ancaq hər bir şeyin kölgəsi olduğu kimi onun da qara kölgəsi olur...

Könül Aypara

O.M.