Göyçayda qəza zamanı 2 nəfər dünyasını dəyişib

Göyçayda qəza zamanı 2 nəfər dünyasını dəyişib

7 May 2011 18:44
Bəyəndim (0) Bəyənmədim (0)


Göyçay rayonunda ağır yol-qəza hadisəsi baş verib. Hadisə dünən saat 17.00 radələrində Göyçay rayonunun Müsgürlü kəndi ərazisində qeydə alınıb. Belə ki, Ucar rayon sakini Sadiq Aslanov "Mercedes" markalı avtomaşınını aşırıb. Nəticədə xəsarət alan S.Aslanov və sərnişinləri Orxan İbrahimov və Əli Xankişiyev xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, S.Aslanov və O.İbrahimov dünyasını dəyişib. Ə.Xankişiyevin vəziyyəti isə orta-ağırdır. Hadisənin səbəbləri araşdırılır.

Harasa vaxtında çatmaq istəyirsinizsə, qətiyyən tələsməyin, çünki "ünvanı" səhv sala bilərsiniz...

Könül Aypara

O.M.