Mərdəkanda qanlı hadisə baş verib

Mərdəkanda qanlı hadisə baş verib

7 May 2011 18:41
1 156
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə mayın 6-da saat 16.50 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Əvvəllər məhkum olunmuş 27 yaşlı Səfa Sahib qızı Hacıyeva qeyri-rəsmi nikah münasibətlərində olduğu 38 yaşlı Şahin Cəfərova bıçaqla qarın nahiyəsindən daxilə nüfuz edən xəsarət yetirərək, hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin kafi olduğu bildirilir. 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyeva tutularaq istintaqa təhvil verilib. Hadisəyə səbəb kimi tərəflər arasında başlayan mübahisə göstərilir.


Faktla bağlı araşdırma aparılır.


Buna deyirlər, bıçaq sümüyə dirənəndə...

Könül Aypara

O.M.