Bir neçə qəzet haqda ölçü götürüləcək

Bir neçə qəzet haqda ölçü götürüləcək

6 May 2011 18:07
Bəyəndim (0) Bəyənmədim (0)


Baş Prokurorluqdan verilən məlumata görə, Mətbuat Şurasından bir neçə qəzetin - "Bizim dövr" və "Gündəm xəbər" qəzetlərinin fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına şərait yaradan bir sıra qanun pozuntularına və sui-istifadə hallarına yol verilməsi, fiziki və hüquqi şəxslərin barəsində böhtan xarakterli olmaqla, onların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən yazıların dərc olunması ilə əlaqədar müvafiq tədbirlər görülməsi üçün 2 may 2011-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət daxil olub.

Hazırda müraciətdə göstərilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində tədbirlər həyata keçirilir.


Görəsən, eyni qaydada çalışan, ancaq dedi-qodu xarakterli xəbərlərlə ucuz populyarlıq qazanan, yalanı manşet xəbərə çevirən, insanları təhqir etməkdən çəkinməyən, bir sözlə, populist məqalələri hesabına yüksələn tirajının arxasında gizlənib, erməni snayperləri kimi özümüzü vuran qəzet haqqında nə vaxt ölçü götürüləcək?..

Könül Aypara

O.M.