Qatil ömrünü qazamatda başa vuracaq

Qatil ömrünü qazamatda başa vuracaq

6 May 2011 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva şəhər məhkəməsi vəkil Stanislav Markelov və jurnalist Anastasiya Baburovanın qətlində suçlu bilinən Nikita Tixonova ömürlük həbs cəzası kəsib. Qətldə Tixonova köməklik göstərən Yevgeniya Xasis isə ömrünün 18 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək. Yevgeniya hakimin qərarını eşidəndə gülüb. Hökm oxunarkən "podelnik"inin əlindən tutaraq sığallayan Xasis daha sonra onun qulağına nə isə pıçıldamağa başlayıb.


Ölüm hökmü ləğv olunandan sonra qatillər tamam azğınlaşıblar. Jurnalistlərin öldürülməsi isə Rusiyada adi hala çevrilib. Son onillikdə bu ölkədə qətlə yetirilən tanınmış media işçilərinin 108-ə çatıb.

Bəhram Mustafabəyli

O.M.