Türk televiziyasının acı günü

Türk televiziyasının acı günü

5 May 2011 22:40
Bəyəndim (0) Bəyənmədim (0)
Özünü qaz borusundan asdı


Türkiyənin "Fox Tv" operatoru Şenol Çinar evində özünü asaraq intihar etdi.


Daha əvvəl "Show TV"də operator vəzifəsində çalışan Çinar son 6 ayda "Fox tv"də "Su Kimi" adlı maqazin proqramında işləyirdi. Çinar bu gün işə gəlmədiyi üçün ondan nigaran qalan iş yoldaşları əvvəlcə onunla telefon əlaqəsi yaratmağa çalışdılar. Lakin Çinardan səs-soraq çıxmadığını görən kimi polis nəzarəti altında evinə zorla girdilər. Qapının qırılması ilə Şenol Çinarın cəsədinin təbii qaz borusundan asılmış halda tapılması bir olub. Maqazin Jurnalistləri Assosiasiyasının üzvü olan Çinarın bir müddət əvvəl də anasının rəhmətə getdiyi öyrənildi.


İnsan oturduğu yerdə özünü asmaz. Bunun üçün ayağa durmalı, ip tapmalı, ayağının altına nə isə qoymalı, bir sözlə, tədarük görməlidir. Deməli, bütün bu işləri gördürən səbəb və ya səbəbkar var...

Günel Həbib

O.M.