20 yaşlı qız həkimi tərəfindən zorlandı

20 yaşlı qız həkimi tərəfindən zorlandı

30 Aprel 2013 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə 20 yaşlı qız böyrək həkimi tərəfindən zorlanıb. Məlumata görə, 1993-cü il təvəllüdlü F.K. böyrək həkimi tərəfindən xəstəxanada təcavüzə uğrayıb.Həkim böyrəyində problem olan gənc qızı müayinə etmək üçün otağına aparıb. Daha sonra ona soyunmasını deyib. İlk öncə həkimin müayinə etdiyini düşünən F.K. şalvarını çıxarıb. Daha sonra 45 yaşlı Feyzi.Ö. qıza qəfil hücum çəkib və ona cinsi təcavüz edib.Zorlanan F.K. polisə şikayət edib. Şikayət əsasında saxlanılaraq məhkəməyə təhvil verilən Feyzi.Ö. üçün dövlət ittihamçısı 12 il cəza istəyib.

O.M.