"İnşaatçılar"da oğur edənlər yaxalandılar

"İnşaatçılar"da oğur edənlər yaxalandılar

30 Aprel 2013 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda oğurluq etmiş iki nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 28-i saat 08:30 radələrində metronun "İnşaatçılar" stansiyasında İsmayıllı rayon sakini Ziyafət Babayevaya məxsus içərisində 500 manat və təqaüd kartı olan pul kisəsini cibindən oğurlanıb. Metropolitendə PŞ CAQ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Quba rayon sakini Fərasət Əhmədov və Rusiya Federasiyasının vətəndaşı Rüstəm Alırin aprelin 29-da yaxalanıblar.Hər iki şəxs ətrafında araşdırmalar aparılır.

O.M.