Masallıda bıçaqlanma hadisəsi qeydə alınıb

Masallıda bıçaqlanma hadisəsi qeydə alınıb

5 May 2011 14:04
Bəyəndim (0) Bəyənmədim (0)


Dünən axşam saatlarında Masallı rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, Masallı rayonu Allahyarlı kənd sakini Ətirə Mürşüdova bıçaq xəsarəti, kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya çatdırılıb.


Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qodman kənd sakini İrşad Mürşüdov həbs edilib. Hadisənin hansı səbəbdən törədildiyi məlum deyil.


Faktla bağlı rayon prokurorluğunda sağlamlığa qəsdən xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir.


Tökülən qan birinin canını alan zaman digərinin də gələcəyini əlindən alır...

Hafiz Əhmədov

O.M.