Azərbaycanda günün kriminal xronikası

Azərbaycanda günün kriminal xronikası

5 May 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)



Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınmış, onların 32-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.
  • 2 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.


Bu yazını 1 nəfər yazmışdır, çoxsaylı qanunpərəst oxucu oxumuşdur...

Hafiz Əhmədov

O.M.