Bakıda qəza yenə can aldı

Bakıda qəza yenə can aldı

5 May 2011 09:09
Bəyəndim (0) Bəyənmədim (0)


Bakıda qəza nəticəsində bir nəfər həyatını itirib.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində, "Sədərək" ticarət mərkəzinin yaxınlığında Bakı şəhər sakinləri Tofiq Məmmədovun idarə etdiyi "ZİL" markalı və Vüsal Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.


Qəza nəticəsində V. Əhmədov xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Onun nişanlısı Günel Bağırova isə xəstəxanaya aparılarkən həkimlərin müdaxiləsinə baxmayaraq yolda ölüb.


"ZİL"-in sürücüsü isə heç bir xəsarət almayıb. Hadisəyə səbəb kimi yüksək sürət göstərilir. Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.


Heç zaman tələsmək lazım deyil. Onsuz da bütün yollar o dünyaya aparır...

Elvin Babayev

O.M.