Kafedə ofsiant işləyən qıza gecə yarı 4 nəfər hücum edib

Kafedə ofsiant işləyən qıza gecə yarı 4 nəfər hücum edib

26 Aprel 2013 09:37
Bəyəndim (0) Bəyənmədim (0)
Vəhşicəsinə döyülən 23 yaşlı qızın çənəsi yerindən çıxarılıb

Bakının Sabunçu rayonunda gənc qız naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb. Pirşağı qəsəbəsində qeydə alınan hadisə zamanı 23 yaşlı İsmayılova Sevda Səfəralı qızına xəsarətlər yetirilib. Yaralı hadisədə sonra təcili olaraq 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı sərxoş vəziyyətdə olan Sevda İsmayılovaya alt çənə sümüyünün sınığı və qapalı kəllə beyin tramması diaqnozu qoyulub. Hadisə ilə bağlı artıq Sabunçu rayon Polis İdarəsi və 15-ci polis bölməsinə məlumat verilib. Araşdırma zamanı məlum olub ki, zərərçəkən Sevda İsmayılova Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən kafelərin birində ofsiant işləyir. Hadisə günü isə o, əvvəldən tanıdığı 4 nəfər kişi ilə birgə işdən sonra naməlum istiqamətə gedib. Yolda aralarında düşən mübahisə zamanı həmin şəxslər Sevdanı döyüblər.
Hazırda isə polislər zərərçəkmişi döyən 4 nəfər kişinin axtarışlarını davam etdirir. Zərərçəkən şəxsin istintaqa verəcəyi ifadədən və cinayəti törədən şəxslərin tutulmasından sonra hadisənin dəqiq baş vermə səbəblərinə aydınlıq gətiriləcək.

O.M.