Azərbaycanda 24 aprelin kriminal xronikası

Azərbaycanda 24 aprelin kriminal xronikası

25 Aprel 2013 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 57 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 2 nəfər yaralanmışdır.
  • 6 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

Qubadlı rayon sakini Şəmil Mikayılovun icarəyə götürdüyü mənzildə kazino-qumarxana təşkil etməsi müəyyən edilmişdir

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhəri 3-cü mikrorayonda Qubadlı rayon sakini Şəmil Mikayılovun icarəyə götürdüyü mənzildə kazino-qumarxana təşkil etməsi müəyyən edilmişdir.

Mənzilə baxış zamanı kazino təşkili üçün 15 ədəd kompüter dəsti, 1 ədəd modem, uduşa qoyulmuş 280 manat pul və digər əşyalar aşkar edilərək götürülmüşdür.

Bakı şəhər sakinləri Leyla Hacıyeva, Ruslan İslamov və Elnur Əliyev tutulmuşlar

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də Türkiyə vətəndaşı Sezgen Yılmaza qarşı zor tətbiq edərək ondan 5500 avro və 1400 manatını almış Bakı şəhər sakinləri Leyla Hacıyeva, Ruslan İslamov və Elnur Əliyev tutulmuşlar.

Oğurluq etmiş Mingəçevir şəhər sakini Şükür Saadov və Oğuz rayon sakini Namil Səmədov tutulmuşlar

Aprelin 24-nə keçən gecə Binəqədi rayonu S.S.Axundov küçəsində Bakı şəhər sakini Cavid Məmmədova məxsus "Toyota" markalı avtomaşından şüşəni sındırmaq yolu ilə 3000 manatı, 1 ədəd eynək, bankomat kartı və digər sənədləri oğurlanmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Mingəçevir şəhər sakini Şükür Saadov və Oğuz rayon sakini Namil Səmədov tutulmuşlar.

Oğurluq etmiş Ordubad rayon sakini Pərvin Baxşıyev tutulmuşdur

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Mübariz Baxşıyevin mənzilindən 500 manatını və qızıl əşyalarını oğurlamış Ordubad rayon sakini Pərvin Baxşıyev tutulmuşdur.

Avtomaşın qaçırmış Gəncə şəhər sakinləri Elvir Abbasov və İsmayıl Cəfərov tutulmuşlar

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Asif Hacıyevə məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış şəhər sakinləri Elvir Abbasov və İsmayıl Cəfərov tutulmuşlar.

Beyləqan rayon sakini Vəli Əmiraslanova bıçaqla boyun nahiyəsindən xəsarət yetirmiş Bakı şəhər sakini Fəxrəddin Şirinov tutulmuşdur

Aprelin 24-də Nərimanov rayonu Ə.Əlizadə küçəsində Bakı şəhər sakini Fəxrəddin Şirinov münaqişə zəminində Beyləqan rayon sakini Vəli Əmiraslanova bıçaqla boyun nahiyəsindən xəsarət yetirmişdir. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Şirinov tutulmuşdur.

Xəzər rayonu Binə qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

Aprelin 24-də saat 19.50 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Səid Rəhimov idarə etdiyi "Toyota" markalı avtomaşınla yolu keçən həmyerlisi Cəfər Rzayevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Elmira Qasımova ölmüşdür

Aprelin 24-də saat 19.35 radələrində Nizami rayonu Ş.Mirzəyev küçəsində Bakı şəhər sakini Namiq Əliyev idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən həmyerlisi Elmira Qasımovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Abşeron rayonu Pirəkəşkül kəndinin ərazisində yol-nəqliyyat hadisəsi

Aprelin 24-də saat 23.55 radələrində Abşeron rayonu Pirəkəşkül kəndinin ərazisində kənd sakini Mərdan Həsənov idarə etdiyi "VAZ-21063" markalı avtomaşını yolun kənarında saxlanılmış Şəmkir rayon sakini Elşad Əsədova məxsus "VAZ-21074" markalı avtomaşına, sonradan isə yolun kənarındakı hasara vurmuşdur. Nəticədə M.Həsənov hadisə yerində ölmüşdür. BDYPİ tərəfindən araşdırma aparılır.

Ağdaş rayonu ərazisində A.Bayramov idarə etdiyi avtomaşını işıq dirəyinə vurmuşdur

Aprelin 25-də saat 02.00 radələrində Ağdaş rayonu ərazisində rayon sakini Anar Bayramov idarə etdiyi "QAZ-3110" markalı avtomaşını yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Bayramovun sərnişini - Şəkili kənd sakini Elvin Əzizov orada ölmüşdür. Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

Binəqədi şosesində müəyyən edilməmiş avtomaşınla Abşeron rayon sakini Ş.Muradov vurulmuşdur

Aprelin 24-də saat 01.00 radələrində Binəqədi şosesində müəyyən edilməmiş avtomaşınla Abşeron rayon sakini Şahin Muradov vurulmuşdur. Nəticədə xəsarət almış Ş.Muradov xəstəxanaya yerləşdirilmişdir. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Sabunçu rayon sakini F.Bayramova yaşadığı mənzilin eyvanından yıxılaraq ölmüşdür

Aprelin 24-də Sabunçu rayonu Y.Əliyev küçəsində Familə Bayramova yaşadığı mənzilin eyvanından yıxılaraq ölmüşdür.

Cəlilabad rayon sakini K.Rzayeva sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

Aprelin 24-də Cəlilabad rayonu Göytəpə şəhər sakini Könül Rzayeva evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Gəncə şəhər sakini A.Allahverdiyeva qaz sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti almışdır

Aprelin 24-də Gəncə şəhər sakini Amaliya Allahverdiyeva evində qaz sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti almışdır. A.Allahverdiyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Araşdırma aparılır.

Gəncə şəhər sakini A.Mehdixanova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

Aprelin 24-də Gəncə şəhər sakini Aysel Mehdixanova evdən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

O.M.