Rusiyada azərbaycanlı kriminal avtoritet Ramin Gəncinski tutulub

Rusiyada azərbaycanlı kriminal avtoritet Ramin Gəncinski tutulub

25 Aprel 2013 11:44
640
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin "Rıs" xüsusi təyinatlı dəstəsinin və cinayət-axtarış şöbəsi əməkdaşlarının Moskva ətrafında keçirdikləri birgə əməliyyat zamanı kriminal aləmdə "Ramin Gəncinski" adı ilə tanınan azərbaycanlı yaxalanıb.Bu barədə Rusiya DİN-in saytında məlumat verilib.İstintaqın məlumatına əsasən Rusiyada qeyri-leqal yaşayan 28 yaşlı Ramin Gəncinski 2013-cü ilin martında Moskvada həmyerlisi olan sahibkara sui-qəsd təşkil edib. Bundan başqa, o, Moskva vilayətindəki bəzi şəxsi evlərə qarət məqsədli basqınlar da həyata keçirib. Bu cinayət faktları ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin bir sırta maddələri ilə cinayət işi qaldırılıb.
R. Gəncinski haqqında həbs qətimkan tədbiri seçilib. Onun Moskva, Sankt-Peterburq, eləcə və Moskva və Leninqrad vilayətlərində baş vermiş bəzi cinayətlərdə iştirakının olub-olmadığı da araşdırılır.

O.M.