Yenicə azadlığa buraxılan məhkumu xəstəxanalıq etdilər

Yenicə azadlığa buraxılan məhkumu xəstəxanalıq etdilər

25 Aprel 2013 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonunda qanlı hadisə baş verib. Metronun Nəriman Nərimanov stansiyası yaxınlığında qeydə alınan hadisə zamanı 56 yaşlı Əmiraslanov Vəli Ədil oğlu naməlum şəxs tərəfindən yaralanıb. Qeyd edək ki, əsasən baş və boyun nahiyyəsindən bıçaq yaraları alan Vəli Əmiraslanov ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxadan verilən məlumata görə, yaralının həyatı xilas edilsə də, vəziyyəti kritik olaraq qalır. Hadisə ilə bağlı isə artıq Nərimanov rayon Polis İdarəsinə məlumat verilib. Zərərçəkən Vəli Əmiraslanovun huşu özündə olmadığına görə polislər hələlik hadisə ilə bağlı onun izahatını ala bilməyib.Hazırda Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Vəli Əmiraslanovun nə səbəbdən və kim tərəfindən bıçaqlandığını müəyyən etmək istiqamətində araşdırmalarını davam etdirirlər. Bir faktı da nəzərinizə çatdıraq ki, hadisə zamanı bıçaqlanan Vəli Əmiraslanov əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb və o, yenicə azadlığa buraxılıbmış.

O.M.