Qadınları kişilərə satan "mama rozalar" qandallandı

Qadınları kişilərə satan "mama rozalar" qandallandı

24 Aprel 2013 16:54
Bəyəndim (0) Bəyənmədim (0)
Fahişəxana işlədən 4 qadın...

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları qadınları cinsi istismara cəlb edən şəxsləri müəyyən edib. Oxumeni.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Balakən rayon sakinləri Mətanət Qaracayevanın və Yasəmən Rəşidovanın Bakı şəhəri Azadlıq prospektindəki mənzillərin birində əxlaqsızlıq yuvası saxlamaları və gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.
Bundan başqa Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Məryəm Qasımovanın mənzilində, "Gülüstan" kafesində isə oranın sahibi Ceyran Novruzovanın əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.Hər bir fakt üzrə araşdırmalar aparılır.

O.M.