Bostonu qana bulayan terrorçunun son sözü: "Ana, səni sevirəm!"

Bostonu qana bulayan terrorçunun son sözü: "Ana, səni sevirəm!"

22 Aprel 2013 13:24
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da Boston marafonunu qana bulayan çeçen əsilli qardaşlardan Tamerlan Sarnayev ölümündən əvvəl anasına zəng etməyə imkan tapıb.Lent.az-ın "The all Street Journal" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə jurnala onun anası bildirib. Anası deyib ki, polislə atışan Tamerlan anasına elə beləcə də deyib: "Ana, səni sevirəm, bizi güllələyirlər". Bundan sonra əlaqə tam kəsilib.

Xatırladaq ki, aprelin 15-də marafonda törədilmiş partlayış nəticəsində üç nəfər ölüb, 180-dən çox adam xəsarət alıb. Terror aktını törədən Sarnayev qardaşlarından böyüyü - 26 yaşlı Tamerlan Ssarnayev aprelin 19-da polislə atışmada qətlə yetirilib. 19 yaşlı Cövhər Sarnayev isə axtarışda olub və aprelin 20-də saxlanılıb. O, atışma zamanı ağır yaralanıb.

O.M.