Bakıda saxta sənədlə avtomobillər satan şəxs tutulub

Bakıda saxta sənədlə avtomobillər satan şəxs tutulub

22 Aprel 2013 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda saxta sənədlə avtomobillər satan şəxs tutulub. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı sakini Ramin Həşimov Bakı dairəvi yolda yerləşən avtomobil bazarında Şəki rayon sakini Sərxan Zəkəriyevin ona məxsus "VAZ" markalı avtomobilini kredit şərti ilə alması, lakin avtomobilin sənədlərini saxtalaşdıraraq digər şəxsə nəğd şəkildə satması barədə polisə məlumat verib.Araşdırmalar zamanı S. Zəkəriyevin saxta sənədlə 20 avtomobil satması müəyyən edilib. Saxta sənəd düzəldən S. Zəkəriyev tutulub.Faktla bağlı araşdırma aparılır.

O.M.