"Molla" bıçaqlanaraq, qətlə yetirilib

"Molla" bıçaqlanaraq, qətlə yetirilib

19 Aprel 2013 12:23
Bəyəndim (0) Bəyənmədim (0)
Onun kriminal aləmlə də əlaqələrinin olduğu bildirilir

Bakıda qətl törədilib. Bu barədə Yasamal rayon Polis İdarəsindən bildirilib.Hadisə bu gün səhər saatlarında rayonun Əhməd Cavad küçəsində qeydə alınıb. Rayon sakini, 1980-ci il təvəllüdlü Ramin Cavadov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və Rayon Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə edilir.Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən R.Cavadov yaşıdları tərəfindən "Molla" təxəllüsü ilə tanınırdı. Onun kriminal aləmlə də əlaqələrinin olduğu bildirilir.Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.