Azərbaycanda 17 aprelin kriminal xronikası

Azərbaycanda 17 aprelin kriminal xronikası

18 Aprel 2013 13:00
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 37 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 16 nəfər yaralanmışdır.
  • 5 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur

Salyan rayonunun Yeni Uluxanlı kəndində kənd sakini Elmir Nəcəfovu bıçaqla qətlə yetirmiş Rüstəm İmanov tutulmuşdur

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Salyan rayonunun Yeni Uluxanlı kəndində kənd sakini Elmir Nəcəfovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Rüstəm İmanov tutulmuşdur.

Bakı şəhəri M.Hadi küçəsindəki çay evində qanunsuz olaraq totalizator futbol mərc oyunlarını təşkil edilməsi müəyyən edilmişdir

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri M.Hadi küçəsindəki çay evində oranın icarədarı, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Şərifovun qanunsuz olaraq totalizator futbol mərc oyunlarını təşkil etməsi müəyyən edilmişdir. Çay evinə baxış zamanı 1500 manat məbləğində 146 ədəd kupon qəbzlərinin kötükləri, 1 ədəd noutbuk, 1 ədəd klaviatura, 1 ədəd printer, 1 ədəd tv-tüner, 2 ədəd televizor, 1 ədəd "SAZZ" data kartı, 2 ədəd proqram cədvəli və müştərilərdən alınmış 33 manat pul aşkar edilərək götürülmüşdür.

Oğurluq etmiş Gürcüstan vətəndaşı Araz Daşdəmirov tutulmuşdur

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Asəf Nağıyevin mənzilindən 150 manatını və qızıl əşyalarını oğurlamış Gürcüstan vətəndaşı Araz Daşdəmirov tutulmuşdur.

Oğurluğa cəhd göstərmiş Beyləqan rayon sakini Məhəmməd Qasımov tutulmuşdur

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Bakı Dəmir Yolu Sərnişin Vağzalında Kəlbəcər rayon sakini Əliqəmə Məmmədova məxsus çantanı oğurlamağa cəhd göstərmiş Beyləqan rayon sakini Məhəmməd Qasımov tutulmuşdur.

Bakı şəhər sakini Dəryanur Yusifov 0, 476 qram heroin götürülmüşdür

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ulduz Əmrayevanın mobil telefonunu oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Dəryanur Yusifov tutulmuş və ondan 0, 476 qram heroin götürülmüşdür.

Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi

Aprelin 17-də saat 21.30 radələrində Zaqatala rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Telman Qarəhmədov vurulmuşdur. Nəticədə T.Qarəhmədov hadisə yerində ölmüşdür.
Zaqatala RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Gəncə şəhəri Nizami küçəsində yol-nəqliyyat hadisəsi

Aprelin 17-də saat 01.00 radələrində Gəncə şəhəri Nizami küçəsində müəyyən edilməmiş avtomaşınla Gədəbəy rayon sakini Aydın Hüseynov vurulmuşdur. Nəticədə xəsarət almış A.Hüseynov xəstəxanaya yerləşdirilmişdir. Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "VAZ-2107" markalı avtomaşının sürücüsü - şəhər sakini Miri İrzayev tutulmuşdur.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Badamdar qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı qadın meyiti tapılmışdır

Aprelin 17-də Səbail rayonu Badamdar qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı qadın meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Hökməli qəsəbə sakini Orxan Dövlətəliyev elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

Aprelin 17-də Biləcəri qəsəbəsi ərazisindəki təkər təmiri sexində işləyən Hökməli qəsəbə sakini Orxan Dövlətəliyev elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Araşdırmalar aparılır.

Sumqayıt şəhər sakini Sahib Mehbalıyev dərmandan zəhərlənmişdir

Aprelin 17-də Sumqayıt şəhər sakini Sahib Mehbalıyev evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Qusar rayonunun Bədirqala kəndində yol-nəqliyyat hadisəsi

Aprelin 17-də saat 08.40 radələrində Qusar rayonunun Bədirqala kəndində Gədəzeyxur kənd sakini Möhlət Qardaşbəyov idarə etdiyi "VAZ-2107" markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarət almış M.Qardaşbəyov və sərnişinləri - Qusar rayon sakini İslam Əsgərov və Özbəkistan vətəndaşı Elbrus Somsonidze xəstəxanaya yerləşdirilmişlər.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Biləcəri qəsəbəsi ərazisində O.Dövlətəliyevi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

Aprelin 17-də Biləcəri qəsəbəsi ərazisindəki təkər təmiri sexində işləyən Hökməli qəsəbə sakini Orxan Dövlətəliyevi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Araşdırmalar aparılır.

Sumqayıt şəhər sakini S.Mehbalıyev dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

Aprelin 17-də Sumqayıt şəhər sakini Sahib Mehbalıyev evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Abşeron rayonu ərazisində "Nissan" markalı avtomaşın yolun kənarındakı hasara çırpılmış və yanmışdır

Aprelin 17-də saat 23.00 radələrində Abşeron rayonu ərazisində Fatmayı kənd sakini Elnur Soltanov idarə etdiyi "Nissan" markalı avtomaşını yolun kənarındakı hasara vurmuş və avtomaşında yanğın baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, E.Soltanov və sərnişini - Fatmayı kənd sakini Şamil Əzimov isə xəsarət almışlar. Araşdırma aparılır.

O.M.