Astarada azyaşlı qızını zorlayan manyak ata cəzasına çatdı

Astarada azyaşlı qızını zorlayan manyak ata cəzasına çatdı

18 Aprel 2013 11:11
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: "Atam hər bir qızın ərə getməmişdən əvvəl öz atası ilə cinsi əlaqədə olduğunu deyirdi”

Bir cinayətin izi ilə

Astara rayonunun Tüləgüvən kəndinin sakini, 1971-ci il təvəllüdlü A.Faiq (Müəyyən səbəblərdən soyadın baş hərfi qeyd olunub - red) Astara rayonunun Pəlikəş kəndində qayınatasının evində olarkən on dörd yaşına çatmayan azyaşlı qızı Aynişanı aldadaraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan sonra o, öz cinayət əməllərini davam etdirərək təkrarən, sərxoş vəziyyətdə müxtəlif vaxtlarda Astara rayonunun Pəlikəş kəndindəki qayınatasının evində və Tüləgüvan kəndindəki öz evində azyaşlı qızı ilə dəfələrlə cinsi əlaqədə olub. Aynişan 14 yaşı tamam olduqdan sonra nə etdiyinin fərqinə varsa da, atasından qorxduğuna görə ona müqavimət göstərə bilməyib.

"Atam bir qızın ərə getməmişdən əvvəl öz atası ilə cinsi əlaqədə olduğunu dedi"

Məhkəmədə ifadə verən zərərçəkmiş A.Aynişan bildirib ki, 14 yaşınadək bacısı ilə birlikdə Pəlikəş kəndində babasının evində, ata, ana, qardaşları isə Tüləgüvan kəndində yaşayıblar: "Hərdən atam və anam bizim yanımıza gəlirdilər, 20-30 gün həmin kənddə babamgildə qalırdılar, yenidən Tüləgüvan kəndinə qayıdırdılar. Günlərin bir günü atam kəndə tək gəldi. Bu zaman atamla evdə tək qaldıq. Atam mənə hər bir qızın ərə getməmişdən əvvəl öz atası ilə cinsi əlaqədə olduğunu dedi".

"O vaxt uşaq olduğumdan atamın mənə nə etdiyini başa düşmədim"

Zərərçəkmiş qız ifadəsinin davamında atasının ona necə yaxınlıq etdiyini danışıb: "Atam hər bir qızın ərə getməmişdən əvvəl öz atası ilə cinsi əlaqədə olduğunu deyəndən sonra mənimlə oynamağa başladı. Həmin vaxt uşaq olduğumdan atamın mənə nə etdiyini başa düşmədim. Atam məni qucaqlayaraq paltarımı soyundurdu. Sonra öz paltarlarını da soyundu, bundan sonra mənim qızlıq bəkarətimi pozdu".

Zərərçəkmiş daha sonra qeyd edib ki, atasının onunla cinsi əlaqədə olduğunu sonradan anlayıb: "Atam mənimlə cinsi əlaqədə olandan sonra üstümü, ora-burasını özü təmizlədi. Sonra heç kimə heç nə deməməyimi tapşırdı. Mən də heç kimə heç nə demədim. Atamla cinsi əlaqədə olandan sonra üç gün keçdi. Üç gündən sonra atam yenidən mənimlə yaxınlıq etdi. Həmin vaxt da Pəlikəş kəndində babamın evində heç kim olmayıb, atam eyni qayda ilə mənimlə 5-6 dəfə ayrı-ayrı günlərdə cinsi əlaqədə olub".

"Artıq nişanlanmışdım..."

Zərərçəkmiş ifadəsində bildirib ki, ayrı-ayrı günlərdə atası ilə cinsi əlaqədə olduqdan sonra babasının yaşadığı evdən çıxıb: "Mən atamgilin Tüləgüvan kəndində yaşadığı evə getdim. Həmin vaxt atam işləyib pul qazanmaq üçün Bakı şəhərinə getmişdi. Bu ərəfədə atamın bibisi oğlu ilə nişanlandım. Bir neçə aydan sonra atam Bakı şəhərindən Tüləgüvan kəndinə - evimizə gəldi. Səhər kənddə harasa getdi. Axşamüstü təxminən saat 17-18 radələrində sərxoş vəziyyətdə gəldi. Həmin vaxt evdə atam və məndən başqa heç kim olmayıb. Atam yenə də mənimlə cinsi əlaqədə oldu".

"Nişanlıma həqiqəti danışdım, uşağın atamdan olduğunu dedim"

Azyaşlı qız həmçinin qeyd edib ki, anası Bakı şəhərinə gedib: "Anam Bakıda olanda qarnım şişdiyi üçün xəstə olduğumu güman etdim. Nişanlımın anasına xəstə olduğumu dedim. Səhəri gün onunla birlikdə Astara rayon mərkəzi xəstəxanasına getdik. Həmin xəstəxanada həkim məni müayinə edərək hamilə olduğumu dedi, bundan sonra evə qayıtdıq. Nişanlıma həqiqəti danışdım, uşağın atamdan olduğunu dedim. Bundan sonra bacıma və atamın bibisinə də həqiqəti danışdım, onlara uşağın atamdan olduğunu dedim".

"Bacım baş verənlərlə bağlı polisə şikayət etdi"

Zərərçəkmiş azyaşlı qız ifadəsinin sonunda qeyd edib ki, atasının iyrənc hərəkətləri üzə çıxandan sonra Bakı şəhərində olan anası ilə əlaqə saxlayıblar: "Bacım telefonda anamla danışdı. Anam bizi Bakı şəhərinə çağırdı. Bacım və qardaşımla birlikdə Bakı şəhərinə getdik. Həmin vaxt anam məni xəstəxanaya apardı. Həkim məni abort etdi. Bundan sonra Bakı şəhərində qaldıq, sonradan bacım atamın mənimlə cinsi əlaqədə olduğu barədə polisə şikayət etdi".

"Qaynımın öz qızı ilə cinsi əlaqədə olduğunu gözlərimlə gördüm"

Şahid qismində ifadə verən Gülarə Rzayeva bildirib ki, Tüləgüvan kəndində qaynı Faiq Alıyevin evinə çörək dalınca gedib: "Həmin zaman çöldən evin pəncərəsindən içəri baxdıqda, qaynımın qızı Aynişan ilə cinsi əlaqədə olmağa yenicə başladıqlarını gördüm. Ayaq üstə idilər, Faiq qızını qucaqlamışdı, yubkasını əlində yuxarıya qaldırmışdı. Faiq qızının üzündən, boğazından, sinəsindən öpürdü. Həmin vəziyyətdə onu demək olar ki, Faiq qızı ilə cinsi əlaqədə olmağa çalışıb və ya cinsi əlaqədə olub. O vaxt onların evində azyaşlı qızdan və atasından başqa heç kim olmayıb. Bundan sonra dərhal evə qayıtdım. Gördüklərim barədə ərimə danışdım".

Qızını zorlayan ata ciddi rejimli cəzaçəkmə müəssisində cəza çəkir

Azyaşlı qızını zorlamaqda təqsirli bilinən A.Faiq məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə iclaslarında özünü günahkar bilməyən manyak ata qızını zorlamadığını iddia edib. Lakin məhkəmə onun bu ifadəsinin özünümüdafiə xarakterli olduğu qənaətinə gəlib.

A.Faiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qaldığını iddia edib və barəsində olan hökmün ləğv edilməsini istəyib. O, apellyasiya instansiyasından bəraət hökmünün çıxarılmasını xahiş edib. Lakin işə baxan Şirvan Apellyasiya Məhkəməsinin hakimləri azyaşlı qızını zorlayan ataya bəraət verməyiblər və birinci məhkəmə instansiyasının hökmünü qüvvədə saxlayıblar.

Ehtiras yataqda yaranıb, yataqda ölən heyvani bir hissdir. Namus isə insanlara xas olan əbədi bir duyğudur. Məncə, heyvan kimi yaşamaqdansa insan kimi ölmək daha şərəflidir...

İnarə Rafiqqızı

O.M.