Oğul əlini atasının qanına batırdı

Oğul əlini atasının qanına batırdı

18 Aprel 2013 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Şəhərin Köhnə Corat qəsəbəsində yaşayan, 33 yaşlı Veysəl Mahmudov ailə münaqişəsi zəminində atası, 55 yaşlı Aydın Mahmudovu kürəyindən bıçaqlayıb. A. Mahmudov aldığı bıçaq xəsarətindən hadisə yerindəcə dünyasını dəyişib. Sumqayıt şəhər Polis İdarəsindən bu faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən V. Mahmudov tutulub.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

O.M.