Rusiyadan Azərbaycana silah keçirtmək istədilər

Rusiyadan Azərbaycana silah keçirtmək istədilər

17 Aprel 2013 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyadan Azərbaycana gizli yolla silah və sursat gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Xaçmaz Gömrük İdarəsi "Samur" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Gülağa Cəfərovun idarə etdiyi "FORD TRANZİT" markalı avtomaşına gömrük baxışı keçirilib. Baxış zamanı avtomaşının salonunun arxa hissəsindəki sağ və sol örtüklərin arxasından və salondakı iki ədəd ehtiyyat təkərin içərisindən hər biri 250 qram olmaqla 100 qutu "Sokol" markalı barıt, hər qutuda 25 ədəd olmaqla 16 qutu 12/70 kalibrli istifadə olunmamış boş gilizlər, hər qutuda 25 ədəd olmaqla 16 qutu 16/70 kalibrli istifadə olunmamış boş gilizlər, 150 ədəd 16 kalibrli, 30 ədəd 12 kalibrli istifadə olunmuş boş gilizlər, bir qutu piston, bir ədəd "İJ-18" modelli 174689 nömrəli tüfəng, bir ədəd çaxmaq, 2 kq qırma və 50 ədəd 5,6 mm kalibrlik güllə aşkar olunub.

O.M.