Salyanda adam öldürülüb

Salyanda adam öldürülüb

17 Aprel 2013 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Salyan rayonunda qətl hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə aprelin 17-də saat 01.00 radələrində rayonun Yeni Uluxanlı kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı Rüstəm Əflatun oğlu İmanov şəxsi münaqişə zəminində həmkəndlisi, 34 yaşlı Emil Əliağa oğlu Nəcəfovu bıçaqlayaraq qətlə yetirib.Baş vermiş hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

O.M.