Yaxın qonşu yaxşıdır uzaq qohumdan?

Yaxın qonşu yaxşıdır uzaq qohumdan?

17 Aprel 2013 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Səbail rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, Bayıl qəsəbəsi, Əli Nəzmi küçəsi 104 ünvanında 1962-ci il təvəllüdlü Apşev Sergey Borisoviç mübahisə zəminində qonşusu 1967-cu il təvəllüdlü Xəlilov Renat Vaqifoviçi qətlə yetirib. S.Abşev 45 yaşlı qonşusuna bir neçə sarsıdıcı bıçaq zərbəsi endirib. İkinci hadisə yerindəcə keçinib.Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

O.M.