Dəm qazı yenə də can aldı

Dəm qazı yenə də can aldı

4 Aprel 2011 18:21
Bəyəndim (0) Bəyənmədim (0)
3 nəfər zəhərlənərək öldü

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, aprelin 3-də Bakı şəhər sakini Yeganə Süleymanova qonaq getdiyi tanışı, Xırdalan şəhər sakini Rəbiyyə Həsənovanın evində dəm qazından boğulub. Elə həmin gün Xırdalan şəhərində analoji hadisə qeydə alınıb. Şəhər sakini Elşən Bayramov evində dəm qazından boğulub. Aprelin 2-də isə Oğuz rayon sakini Lamiyə Yolçuyeva dəm qazından zəhərlənərək ölüb. Hər üç faktla bağlı araşdırma aparılır.

O.M.