Universitetdə əməliyyat – rektorun bacısı oğlu həbs olundu

Universitetdə əməliyyat – rektorun bacısı oğlu həbs olundu

16 Aprel 2013 10:22
Bəyəndim (0) Bəyənmədim (0)
LDU-da baş verən əməliyyatla bağlı rəsmi məlumat verilməyib

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi dünən Lənkəran Dövlət Universitetində əməliyyat keçirib. Lənkəran sakinlərinin verdiyi məlumata görə, LDU-nun rektoru Asəf Isgəndərovun köməkçisi Qorxmaz Ağayev həbs olunub. Sakinlər bildiriblər ki, Qorxmaz Ağayev hazırkı rektor Asəf Isgəndərovun köməkçisi olmaqla yanaşı, həm də bacısı oğludur. Mediada tez-tez gündəmə gələn rektorun hətta bu yaxınlarda həbs olunacağı barədə də məlumat yayılmışdı. Qeyd edək ki, dünən gecə saatlarında LDU-da baş verən əməliyyatla bağlı rəsmi məlumat verilməyib.

O.M.