Silsilə oğurluq edən dəstənin üzvləri tutulub

Silsilə oğurluq edən dəstənin üzvləri tutulub

15 Aprel 2013 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda silsilə oğurluq edən dəstə zərərsizləşdirilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Əmrah Məmmədov, Ağa Məsimov, Kənan Fərəcullazadə, Aslan Abbasov və Bədirxan Xasanov aprelin 14-də tutulublar. Araşdırmalar zamanı məlum olub ki, onlar ötən il dekabrın 24-nə keçən gecə Vidadi küçəsində yaşayan Yaşar Həşimovun mənzilindən pul və digər əşyalar, bu il yanvarın 21-nə keçən gecə İ. Qutqaşınlı küçəsində yerləşən, Məmməd İbrahimova məxsus mağazadan 465 manat, danışıq kartları və tütün məmulatları, aprelin 9-na keçən gecə H.Cavid prospektində yerləşən, Arif Quliyevə məxsus mağazadan noutbuk və məişət əşyaları, aprelin 10-da isə Mehman İmamverdiyevə məxsus mağazadan 90 manat, danışıq kartları, şirələr və tütün məmulatları oğurlayıblar.

O.M.