Oğlunu boğaraq öldürən ananın məhkəməsi başlayıb

Oğlunu boğaraq öldürən ananın məhkəməsi başlayıb

15 Aprel 2013 11:59
690
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu boğaraq öldürən Çaadayeva Yelena Gennadyevna və Mereşkin Aleksandr Vasilyeviçin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Proses aprelin 19-da davam etdiriləcək.
Qeyd edək ki, ötən il noyabrın 28-də Nobel prospekti-7 ünvanında Usov Gennadiy Andreyeviçin meyiti aşkarlanıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, 1998-ci il təvəllüdlü Usov Gennadiy Andreyeviçi anası Çaadayeva Yelena Gennadyevna boğub. Belə ki, ana ona qarşı əxlaqsız hərəkətlər etməsinə görə, oğlundan qisas almaq niyyətinə düşüb. Bunun üçün qeyri-rəsmi ər-arvad kimi yaşadığı Mereşkin Aleksandr Vasilyeviçlə qabaqcadan razılaşıb əlbir olaraq, noyabrın 28-də saat 01 radələrində yaşadığı evdə yatmış vəziyyətindən istifadə edib xalatının kəməri ilə oğlunu boğaraq öldürüb. Onlar daha sonra törətdikləri cinayəti ört-basdır etmək məqsədilə əvvəlcə meyiti hadisə baş verən otağın giriş qapısının yuxarı hissəsində bərkidilmiş turnik kimi istifadə edilən dəmirdən asıb, sonra isə evdən çıxararaq yaşadığı evin sol tərəfində tikintisi aparılan bünövrəyə atıblar.

O.M.