Rusiyada polis polkovniki iki azərbaycanlını güllələyib

Rusiyada polis polkovniki iki azərbaycanlını güllələyib

15 Aprel 2013 11:41
Bəyəndim (0) Bəyənmədim (0)
Ölü və yaralı var

İjevskdə polis polkovniki azərbaycanlı qonşularını güllələyib. Məlumata görə, 48 yaşlı polkovnik alaqapıdan səs-küy gəldiyini eşidib və bayıra çıxıb. O alaqapıda qonşusu olan iki azərbaycanlının mübahisə etdiyini görüb. Mediada gedən versiyaya görə, polkovnik onları sakitliyə dəvət edib, əvəzində azərbaycanlılar ona hücum ediblər. Polkovnik travmatik silahdan azərbaycanlılara atəş açıb. Soydaşlarımızdan biri hadisə yerində ölüb, digəri ağır yaralanıb. Yaralı hazırda İjevsk şəhər xəstəxanasındadır. Məhkəmə tibbi ekspertizası qətli törədən zaman polis polkovnikinin anlaqlı vəziyyətdə olduğunu müəyyənləşdirib. Polkovnik saxlanılıb, daxili təhqiqat Udmurtiyanın daxili işlər Aleksandr Pervuxinin şəxsi nəzarətindədir.

O.M.