42 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

42 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

5 May 2011 10:21
Bəyəndim (0) Bəyənmədim (0)


Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Təhməzov Hüseyn Şamil oğlu yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri alıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Hüseyn dərhal cərrahi əməliyyat otağına qaldırılıb. Xəstəxananın həkimi Rövşən İbrahimov bildirib ki, yaralı xəstəxanaya daxil olduğu zaman onun huşu özündə olmayıb, bədənində 10-a yaxın bıçaq yarası aşkarlanıb: "Əməliyyat zamanı məlum oldu ki, 10-a yaxın kəsilmiş, deşilmiş yara var. Bunların ikisi daxilə keçmiş ağır yaralar idi. Yaralardan biri sol ağ ciyərə, digər yara isə qarın boşluğuna işləmiş, daxili qanaxma baş vermişdi. Dediyinə görə, yaşadığı mənzildə tanımadığı şəxs tərəfindən iti alətlə xəsarət alıb". Nərimanov rayon polis idarəsinin əməkdaşları Təhməzovun yaşadığı ünvana yollanaraq araşdırma aparıblar. Xəstənin huşu özündə olmadığına görə polislər hələlik yaralının izahatını ala bilməyiblər. Hüseyn Təhməzovun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığına isə istintaqın gedişatı zamanı aydınlıq gətiriləcək. Faktla bağlı Nərimanov rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Bıçaq yarası sağalar, söz yarası sağalmaz...

Tofiq Əliyev

O.M.